Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Azərbaycan musiqi sənəti qədim dövrlərdən başlayaraq bu gün də müxləlif inkişaf yolları keçir. Bu yolların əsasını milli kolorit və xalq yaradıcılığı təşkil edir. Məmləkətimizin müxtəlif şəhər və rayonlarında zamanla yaşayıb-yaratmış instrumental ifaçılarımızın adlarına rast gəlirik. Axtarışlar nəticəsində bəlli olur ki, bir çox ifaçılarımızın sənəti yetərincə araşdırılmayıb və onların yaradıcılığı arxiv materialları üzərində qalıb. Belə ifaçılarımızdan biri Azərbaycanın ilk qadın qanun ifaçısı Asya Tağıyevadır.Qeyd edək ki, instrumental ifaçılarımızın yaradıcılığı nə qədər araşdırılmış görünsə də, bu məsələlər hər zaman aktuallığını qoruyub saxlamaqdadır. Beləliklə, Azərbaycanda ilk qadın qanun ifaçılıq məktəbinin yaradıcısı Asya Tağıyevanın müxtəlif səpkili çalışmaları diqqətimizi çəkdi və bu araşdırmanın əsasını yaratdı.Məqaləni yazmaqda əsas məqsədimiz – Asya Tağıyevanın yaradıcılığını araşdırmaq, ifaçılıq xüsusiyyətlərini öyrənmək və əldə etdiyimiz bilikləri ictimayyətə çatdırmaqdan ibarətdir. Bizim araşdırma metodlarımız Azərbaycanın əməkdar artisti, kanon məktəbinin ilk qadın banisi və pedaqoq Asya Tağıyevanın arxiv materialları üzərində qurulmuşdur. Məqalədə, Asya Tağıyevanın pedaqoji və ifaçılıq fəaliyyətini, respublikada və xaricdəki konsert proqramlarını təsdiq edən sənədlər təqdim olunur. Araşdırmalar üç istiqamət əsasında aparılmışdır: 1. A.Tağıyevanın ifaçılıq xüsusiyyətləri; 2. A.Tağıyeva qanun ifaçısı kimi;3. A.Tağıyevanın pedaqoji fəaliyyəti və s. Sonda qeyd edirik ki, hər bir virtuoz ifaçının musiqi xüsusiyyətləri yeni nəsil üçün ilham mənbəyi olduğundan, A.Tağıyevanın da yaradıcılığı musiqişünaslar tərəfindən diqqətlə öyrənilməli və ictimaiyyətə təqdim olunmalıdır.Beləliklə, A.Tağıyevanın yaradıcılığı praktiki, həmçinin nəzəri baxımdan tədrisdə öz yerini tapmalıdır.Bu yazı üçün Asya Tağıyevanın arxiv sənədlərini bizə təqdim edən qızı Zülfiyyəliyevaya dərin təşəkkürümüzü bildiririk.</jats:p>

Show More

Keywords

asya yaradıcılığı tağıyevanın ifaçılıq atağıyevanın

Related Articles

PORE

About

Connect