Back to Search View Original Cite This Article

Abstract

<jats:p>   Dəniz neft-qazçıxarma stasionar platformalarının (DNQSP) və onların üzərində quraşdırılmış texnoloji avadanlıqların uzunmüddətli istismarı ekstremal dəniz iqlim şəraitində onların əhəmiyyətli dərəcədə aşınmasına səbəb olmuşdur. Məlumdur ki, dəniz mühitində neft-qaz hasilatı zamanı DNQSP-nin metal konstruksiyalarına və avadanlıqlara tam kompleksli korroziya amilləri təsir göstərir. Aydındır ki, hasilat layların tam tükənməsinə qədər uzunmüddətli dövrdə davam edəcək. Bu müddət ərzində məhsulun yüksək keyfiyyətini qorumaqla yanaşı, təhlükəsiz əmək şəraiti də təmin edilməlidir. Korroziyadan müdafiənin mühüm məsələlərindən biri – mümkün qəza nəticələrinin ağır ola biləcəyi mərkəzləşdirilmiş toplama və kompressor qurğuları (MTQ və MKQ) daxil olmaqla, boru kəmərlərinin və avadanlıqların vəziyyətinin illik monitorinqidir. Monitorinq zamanı nümunələr korroziya şahidi kimi istifadə edilmiş, sensorun elektrik müqavimətindən istifadə etməklə korroziya ölçülmüş, avadanlığın divarlarının qalıq qalınlığı ölçülmüşdür. Tətbiq olunan antikorroziya mühafizə sistemlərinin təkmilləşdirilməsinə imkan verən elmi və tətbiqi tədqiqatların nəticələri məqalədə təqdim olunub.</jats:p>

Show More

Keywords

dəniz korroziya onların avadanlıqların uzunmüddətli

Related Articles

PORE

About

Connect