Abstract
<jats:p>Məqalədə, Qaradağ qazkondensat yatağının tükənməyə işlənməsini xarakterizə edən mədən məlumatları əsasında məhsuldarlıq əmsalının dəyişməsi haqqında məlumatların analitik işlənməsi verilmişdir. Qazkondensat yataqlarının məhsuldarlıq əmsalının dəyişməsinə bir sıra amillər təsir edir. Belə ki, verilmiş zaman anında məhsuldarlıq əmsalının dəyişməsinə aşağıdakı amillərin təsiri həm nəzəri, həm də eksperimental olaraq tədqiq edilmişdir. Tədqiqatlardan aydın olur ki, məhsuldarlıq əmsalının dəyişməsinə layda baş verən sorbsiya prosesləri də öz təsirini göstərir. Yəni, verilən üsula uyğun olaraq layda təzyiqin azaldılması nəticəsində sorbsiya prosesləri gedir, onun nəticəsində qazın əlavə miqdarı çıxarıla bilir, hansı ki, yataq üçün əlavə qaz ehtiyatlarının hesablanmasını və quyuların zamanında məhsuldarlıq əmsalının artırılmasını əldə etmək mümkün olur.</jats:p>