Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə proqram təminatı layihələrinin dizayn mərhələsinin risklərə qarşı yüksək həssaslığı vurğulanır və bu mərhələdə qəbul edilən qərarların layihənin sonrakı mərhələlərinə - kodlaşdırma, test, yerləşdirmə və texniki xidmət proseslərinə mühüm təsir göstərdiyi qeyd olunur. Bildirilir ki, dizayn mərhələsində mövcud olan mürəkkəblik və qeyri-müəyyənliklər ənənəvi risk idarəetmə üsulları ilə tam şəkildə qiymətləndirilmir, çünki bu üsullar əsasən sadələşdirilmiş modellərə əsaslanır. İşdə şəhər miqyasında seysmik həssaslığın qiymətləndirilməsi problemi nəzərdən keçirilir və bu məqsədlə Analitik Hierarxiya Prosesi (AHP), qeyri-səlis çoxluqlar nəzəriyyəsi və İdeal Həllə Oxşarlıq əsasında Üstünlük Texnikasının (TOPSIS) modifikasiya olunmuş inteqrasiyası tətbiq olunur. Təklif edilən yanaşma Coğrafi İnformasiya Sistemi (CİS) mühitində vektor məlumatları üzərində qurulmuş modelə əsaslanır. Tədqiqatda əsas diqqət məlumatların natamam olduğu ərazilərdə meyarların seysmik həssaslığa təsiri ilə bağlı qeyri-müəyyənliyin idarə olunmasına yönəldilmişdir. Bu məqsədlə qeyri-müəyyənliklər qeyri-səlis çoxluqlar nəzəriyyəsi vasitəsilə modelləşdirilmiş və qərar qəbuletmə prosesinə inteqrasiya olunmuşdur. Nəticə olaraq, təklif olunan qeyri-səlis MCDM əsaslı model natamam verilənlər şəraitində seysmik həssaslığın daha etibarlı və çevik qiymətləndirilməsinə imkan verir və ənənəvi yanaşmalarla müqayisədə qeyri-müəyyənliklərin daha effektiv nəzərə alınmasını təmin edir.</jats:p>

Show More

Keywords

seysmik qeyrisəlis dizayn edilən olunur

Related Articles

PORE

About

Connect