Back to Search View Original Cite This Article

Abstract

<jats:p xml:lang="tr">Gəncə-Qarabağ bəylərbəyliyinin tarixi üzrə məlumatların birbaşa və ya dolayısı ilə əks olunduğu çoxsaylı yazılı mənbələr mövcuddur. Bu mənbələrin məzmunu, mənşəyi və strukturu müxtəlif olduğu kimi, onların etibarlılıq səviyyəsi və elmi araşdırmalarda əhəmiyyəti də fərqlidir. Bu məqalədə həm bölgənin tarixi spesifikliyini, həm də dünya tarixi kontekstində yerini müəyyənləşdirmək üçün zəruri olan, lakin Azərbaycan tarixşünaslığında məhdud şəkildə istifadə edilmiş bir sıra mənbələr təhlil edilir və onların gələcək tədqiqatlarda istifadə perspektivləri araşdırılır. Təhlil edilən mənbələrə əsasən XVIII əsr müəllifi tərəfindən qələmə alınmış və Səfəvi imperiyasının son dövrünün dövlət idarəçiliyi haqqında sistemli məlumat verən Taẕkirat al-muluk əsəri, fransız səyyahı Sansonun müşahidələrinə əsaslanan tarixi narrativ, eləcə də Səfəvi dövlətinin ilkin mərhələlərində müxtəlif səbəblərlə bu əraziyə səfər etmiş Venesiya müəlliflərinə aid təsvirlər daxildir. Bu mənbələrin müqayisəli təhlili göstərir ki, regional və lokal tarixi narrativlər mürəkkəb tarixi proseslərin səbəb-nəticə əlaqələrini və formalaşma şərtlərini anlamaq baxımından mühüm analitik imkanlar təqdim edir.</jats:p>

Show More

Keywords

tarixi mənbələr mənbələrin müxtəlif onların

Related Articles

PORE

About

Connect