Abstract
<jats:p>Abşeron-Pribalaxan qalxma zonası Cənubi Xəzər hövzəsinin mərkəzi tektonik quruluşunu təşkil edir və burada müxtəlif antiklinal sistemlərin xüsusiyyətləri əks olunur. Bu zona, iki əsas hissəyə ayrılır: Şimali Abşeron-Türkmənbaşı və Abşeron-Çələkən tektonik zonaları. Həmin zonalar arasında Pirallahı-Kəlkör çökəkliyi və eninə istiqamətli tektonik qırılmaların olması strukturun mürəkkəbliyini artırır. Tədqiq olunan Günəşli qalxması, Günəşli-Çələkən antiklinal quruluşunun qərb periklinasında yerləşir və struktura palçıq vulkanizmi ilə yanaşı intensiv uzununa və transvers tektonik pozuntular təsir edir. Bu antiklinal quruluş, ŞDQ-SSE istiqamətində braxyantiklinal forma göstərir və mərkə¬zində aktiv sualtı palçıq vulkanına malikdir. Stratiqrafik analizlər nəticəsində, layların enmə bucaq¬larının dərinlik artdıqca əhəmiyyətli dərəcədə artdığı müəyyən olunmuşdur. Üst Pliosen çöküntü¬lərində bu bucaqlar 10-15° arasındadır, amma alt Pliosen çöküntülərində 30-40° arasında dəyişir. Struk¬tur boyunca müşahidə edilən uzununa qırılmaların yerdəyişmə amplitudası 25 m-dən 300 m-ə qədər genişlənir. Transvers qırılmalar isə struktura blokvari xüsusiyyətlər qazandıraraq 17 fərqli tekto-nik bloka ayırır. Əlavə olaraq, bəzi eninə pozuntuların yerdəyişmə amplitudasının məhsuldar horizontların qalınlığından kiçik olduğu üçün onların seysmogeoloji profillərdə aşkarlanması çətinləşir. Ümumilikdə, strukturun mürəkkəb tektonik quruluşu onun geoloji inkişafı və istismarı ba¬xımından böyük əhəmiyyət kəsb edir. Quruluşun əsas xüsusiyyətləri xəritələr və geoloji profillər üzərində ətraflı şəkildə tədqiq olunmuşdur. Açar sözlər: tektonik qırılma, yəhər, palçıq vulkanı, qovşaq zonası, tektonik memarlıq, braxiyan¬ti¬klinal forma.</jats:p>