Abstract
<jats:p>İstismarda olan və yeni kəşf edilən yataqlar arasında qaz-kondensat yataqları mühüm əhəmiyyətə malikdir. Buna görə də, bu tip yataqların işlənməsinə bütün mərhələlərdə ciddi yanaşmaq və lay daxilində karbohidrogen itkilərinin minimuma endirilməsinə nail olmaq əsas prioritet məsələlərdən biridir. Bu hədəfə çatmaq isə əsaslandırılmış işlənmə sisteminin tətbiqi, istismar prosesinə davamlı və dəqiq nəzarətin həyata keçirilməsi, karbohidrogen hasilat əmsalının artırılması ilə bağlı geoloji və texniki-texnoloji həllərin vaxtında tətbiq edilməsi və digər tədbirlərin kompleks icrası ilə mümkün ola bilər. Bu tədqiqatda qaz-kondensat yataqlarının səmərəli istismarının təmin edilməsi üçün əsas istiqamətlər təhlil edilmiş və bunun üçün işlənmənin hər bir mərhələsində yatağın qaz və kondensat fazalarına görə çıxarıla bilən ehtiyatlarının qiymətləndirilməsinin vacibliyi vurğulanmışdır. Məqalədə, eyni zamanda, qaz-kondensat ehtiyatlarının material balans tənlikləri əsasında və lay təzyiqinin azalması metodu ilə qiymətləndirilməsi üsulu təqdim edilmiş, bu üsulun alqoritminə uyğun aparılan hesablamalar vasitəsilə onun praktiki tətbiq imkanları göstərilmişdir. Əldə olunan nəticələr qaz-kondensat yataqlarının istismar səmərəliliyinin artırılması ilə bağlı mühüm qərarların qəbulunda istifadə edilə bilər. Açar sözlər: Qaz-kondensat resursu, Effektivlik, İstismar göstəricisi, İstismar oluna bilən ehtiyat, Karbohidrogen hasilat göstəricisi, Geoloji strukturun dəyişməsi.</jats:p>