Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə neft və qaz hasilatı zamanı baş verə biləcək müxtəlif növ texnoloji mürəkkəbləşmələr, onların fəsadları və problemlərinin həlli məsələləri şərh edilmişdir. Burada birinci növbədə parafinləşmə, neft hasilatında duz çökmələri, hasilatda üzə çıxan qum təzahürləri və nəticə etibarı ilə korroziya proseslərinin öyrənilməsi tədqiq edilmişdir. Tədqiqatın əsas məqsədi seçilmiş mövzuya uyğun olaraq neft və qaz hasilatında aktual problemlərin həllindən başqa hasilatın mürəkkəbliyini asanlaşdıran, öyrənilməsi və təhlili əhəmiyyətli olan innovativ həllərin mahiyyəti vurğulanır. Tədqiqatın araşdırılmasında texnoloji tərəqqinin inkişaf perspektivlərinin dəyərləndirilməsi, sənayedə süni intellektin proqramlaşdırma modelləri, nanotexnoloji inhibitorların tədqiqinin neft-qaz hasilatına daxil edilməsi xüsusi məsələ kimi araşdırılmışdır. Bununla hasilat zamanı innovativ həllərin doğru yerdə və zamanda istifadə edilməsi istismara ayrılan xərcləri aşağı salmaqla yanaşı, hasilatı çətin çıxarılan yataqların səmərəli şəkildə mənimsənilməsi üçün yeni hədəflərə yol açmış olacaqdır. Neft və qaz hasilatının gedişatında görülən mürəkkəbləşmələr, onların təsirindən yaranan zərərlər əsas etibarı ilə son dövrlərdə süni texnologiyaların tətbiqi ilə aradan qaldıra bilinmişdir. Bu növ innovativ həllər və proramlaşdırma modelləri, nanotexnoloji inhibitorların neft-qaz sənayesində tətbiqi yeni perspektivlərə zəmin yaratmışdır. Belə ki hər bir texnoloji inteqrasiyanın vaxtında yerinə yetirilməsi iqtisadi riskləri azaltmaqla hasilatda baş verə biləcək problemlərin də həllində köklü şəkildə iştirak edir. İnnovativ həllər və yanaşmalar yataqların istismara dayanıqlığını artırmaqla ekoloji təhlükəsizliyinin təmin edilməsində mühüm faydalı prinsiplərə istiqamət verəcəkdir. Açar sözlər: neft-qaz hasilatı, mürəkkəbləşmələr, süni intellekt proqramlaşmaları, nanoinhibitorlar, korroziya, innnovativ həllər.</jats:p>

Show More

Keywords

neft hasilatı texnoloji mürəkkəbləşmələr ilə

Related Articles

PORE

About

Connect