Abstract
<jats:p>Məqalədə Pirallahi neft yatağının işlənmə prosesinin mövcud vəziyyəti quyuların qarşılıqlı hidrodinamik təsiri və layın suvurmayla təsiri kontekstində təhlil edilmişdir. Yatağın uzunmüddətli istismarı nəticəsində lay təzyiqinin azalması, hasilatın düşməsi və məhsulun sulaşma dərəcəsinin artması əsas problemlər kimi qiymətləndirilmişdir. Tədqiqat zamanı yatağın vahid hidrodinamik sistem kimi deyil, quyuların qarşılıqlı təsir səviyyəsinə əsaslanan lokal hidrodinamik zonalara bölünməsi təklif olunmuşdur. Həmçinin, suvurmanın səmərəliliyinin qiymətləndirilməsi üçün hasil olunan neft həcmi, vurulan su miqdarı, sulaşma əmsalı və lay təzyiqinin dəyişməsini özündə birləşdirən inteqral riyazi göstərici irəli sürülmüşdür. Təklif olunan yanaşma su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə, erkən sulaşma riskinin azaldılmasına və yatağın işlənmə göstəricilərinin optimallaşdırılmasına imkan verir. Alınan nəticələr Pirallahi yatağının gələcək istismar strategiyasının formalaşdırılmasında praktik əhəmiyyət kəsb edir. Açar sözlər: Pirallahi yatağı, suvurma, quyuların qarşılıqlı təsiri, lay təzyiqi, sulaşma, hidrodinamik zonalar, istismar səmərəliliyi.</jats:p>