Deprecated: Function curl_close() is deprecated since 8.5, as it has no effect since PHP 8.0 in /home/u483256323/domains/poorvam.com/public_html/subdomains/pore/includes/api.php on line 184
Back to Search View Original Cite This Article

Abstract

<jats:p>Məqalədə “Kitabi-Dədə Qorqud” dastanında və onun motivləri əsasında yaranmış müasir bədii əsərlərdə kontekstual və mətni-poetik antonimliyin işlənmə xüsusiyyətləri araşdırılır. Tədqiqatın əsas məqsədi lüğəvi baxımdan antonim olmayan söz, anlayış və situasiyaların konkret poetik kontekst daxilində əks semantik qütblərə çevrilmə mexanizmini müəyyənləşdirmək və belə qarşılaşdırmaların bədii-estetik funksiyalarını üzə çıxarmaqdır. Tədqiqat materialını “Kitabi-Dədə Qorqud”, Anarın «Dədə Qorqud» əsəri və Səhəndin «Sazımın sözü» əsərindən seçilmiş nümunələr təşkil edir. Araşdırmada kontekstual, semantik, müqayisəli və üslubi təhlil metodlarından istifadə olunmuşdur. Təhlil göstərir ki, KDQ motivli əsərlərdə antonimik münasibətlər yalnız hazır leksik antonimlərlə məhdudlaşmır. İki–bir, tək–ordu, ev–gor kimi qarşılaşdırmalarda əkslik sözlərin lüğəvi mənasından deyil, mətn daxilində qazandıqları semantik münasibətdən yaranır. Beyrəyin «cismən diri–mənən ölü / cismən ölü–mənən diri» vəziyyəti isə antonimliyin bütöv situasiya və məna sahələri səviyyəsində formalaşa bildiyini göstərir. Həmçinin antonimik qütblər arasında keçid və dəyişmə hadisələrin emosional-ekspressiv təsirini gücləndirir. Nəticədə kontekstual və mətni-poetik antonimlik KDQ motivli əsərlərdə obrazlılıq, psixoloji gərginlik və poetik ekspressivlik yaradan mühüm üslubi vasitə kimi çıxış edir</jats:p>

Show More

Keywords

qorqud əsərlərdə kontekstual semantik kitabidədə

Related Articles


Deprecated: Function curl_close() is deprecated since 8.5, as it has no effect since PHP 8.0 in /home/u483256323/domains/poorvam.com/public_html/subdomains/pore/includes/api.php on line 76
PORE

About

Connect