Abstract
<jats:p>Məqalədə xoralı-nekrotik gingivitlərin konservativ müalicəsinin effektivliyini artırmaq məqsədilə müəlliflərin təklif etdiyi “Asepta” gel və kristal tripsin tozu kompleksinin birgə tətbiqinin effektivliyini öyrənmək məqsədilə aparılmış tədqiqat haqqında məlumat verilmişdir. Tədqiqata yaşı 30-la 40 arasında olan 16 pasiyent cəlb edilmişdir. Pasiyentlər iki qrupa bölünmüşdür: I qrupdakı pasiyentlərdə “Metrogil denta” geli, II qrupdakı pasiyentlərdə isə “Asepta” gel+kristal tripsin tozu kompleksi istifadə edilmişdir. Hər iki qrupda ilkin sanasiya tədbirləri həyata keçirilmiş və xoralı diş ətlərinin üzərinə dərman preparatları çəkildikdən sonra nekrozlaşmış sahələr sink oksid-evgenol tərkibli yumşaq parodontal sarğılarla ağız suyu ilə təmasdan təcrid edilmişdir. Prosedurlar davamlı antiseptik qarqaralarla birlikdə gündə iki dəfə olmaqla 14 gün müddətində aparılmışdır. Qruplar üzrə aparılan müqayisəli təhlillər zamanı məlum olmuşdur ki, I qrupa nisbətən II qrupdakı göstəricilər həm klinik, həm də tətbiq olunan parodontal indeks göstəricilərinə əsasən daha effektivdir. Müalicə kursu başa çatdıqdan sonra I qrupda bir sıra bəsit subyektiv əlamətlər qaldığı halda, II qrupdakı pasiyentlərin diş ətində tam sağalma müşahidə edilmişdir. Bu fərqlilik indeks göstəricilərində də müəyyən edilmiş və I qrupda GI, PMA və OHİ-S indekslərinin nəticələri müalicədən sonra müvafiq olaraq 0,98±0,07 bal, 26,7±2,03% və 0,6±0,74 bal. II qrupda isə anoloji göstəricilər müvafiq olaraq 0,46±0,03bal, 18,2±1,97% və 0,5±1,06 bal səviyyəsində olmuşdur.</jats:p> <jats:p>В статье представлены сведения о проведенном исследовании с целью выяснения эффективности предложенного авторами способа лечения язвенно-некротического гингивита c применением комплекса геля «Асепта» и порошка кристаллического трипсина. В исследование были включены 16 пациентов в возрасте от 30 до 40 лет. Пациенты были разделены на две группы: в I группе у пациентов применялся гель « Метрогил Дента », во II группе — комплекс « Асепта » гель + кристаллический трипсин. В обеих группах были проведены первичные санационные мероприятия, и после нанесения лекарственных препаратов на язвенно поражённые дёсны некротизированные участки были изолированы от контакта с ротовой жидкостью с помощью мягких пародонтальных повязок, содержащих оксид цинка и эвгенол. Процедуры проводились в течение 14 дней два раза в день в сочетании с регулярными антисептическими полосканиями. При проведении сравнительного анализа по группам было установлено, что показатели во II группе по сравнению с I группой являются более эффективными как с клинической точки зрения, так и на основании применяемых пародонтальных индексов. После завершения курса лечения в I группе сохранялся ряд незначительных субъективных симптомов, тогда как у пациентов II группы наблюдалось полное выздоровление дёсен. Данное различие было выявлено и в индексных показателях: в I группе значения индексов GI, PMA и OHI-S после лечения составили соответственно 0,98±0,07 балла, 26,7±2,03% и 0,6±0,74 балла, тогда как во II группе аналогичные показатели были на уровне 0,46±0,03 балла, 18,2±1,97% и 0,5±1,06 балла.</jats:p> <jats:p>This article presents a study conducted to investigate the effectiveness of the combined application of "Asepta" gel and crystalline tryptic enzyme powder in improving the conservative treatment of ulcerative-necrotizing gingivitis. The study involved 16 patients aged between 30 and 40. The patients were divided into two Groups: in Group I, Metrogyl Denta gel was used, while in Group II the Asepta gel + crystalline trypsin powder complex was applied. In both Groups, initial sanitization measures were carried out. After applying medicinal preparations to the ulcerated gingiva, the necrotic areas were isolated from contact with oral fluid using soft periodontal dressings containing zinc oxide and eugenol. The procedures were performed twice daily for 14 days in combination with continuous antiseptic mouth rinses. Comparative analysis between the groups revealed that, compared with Group I, the outcomes in Group II were more effective both clinically and according to the applied periodontal indices. After completion of the treatment course, a number of mild subjective symptoms persisted in Group I, whereas complete gingival healing was observed in patients of Group II. This difference was also reflected in the index values: in Group I, the post-treatment values of the GI, PMA, and OHI-S indices were 0.98 ± 0.07 points, 26.7 ± 2.03%, and 0.6 ± 0.74 points, respectively; in Group II, the corresponding values were 0.46 ± 0.03 points, 18.2 ± 1.97%, and 0.5 ± 1.06 points.</jats:p>