Abstract
<jats:p>Annotasiya. Məqalədə futbol hakimlərinin hazırlanması prosesində mövcud problemlər araşdırılır. Əsas diqqət hakimlərin nəzəri, fiziki və psixoloji hazırlığındakı çatışmazlıqlara yönəldilmişdir. Mövcud tədqiqatlar əsasında müəyyən edilmişdir ki, bir çox hakimlər oyun qaydalarının nəzəri biliklərində (xüsusilə ofsayd qaydasının tətbiqində) problemlər yaşayır və bəziləri fiziki normativ testlərdən keçə bilmirlər. Bundan əlavə, hakimlərin yüksək stress şəraitində qərar qəbul etməsini çətinləşdirən psixoloji hazırlıq çatışmazlığı da qeyd olunur. Məqalədə bu problemlərin səbəbləri müzakirə olunur və onların aradan qaldırılması üçün təkliflər verilir. Araşdırma nəticəsində hakim hazırlığı proqramlarının təkmilləşdirilməsi, vahid təlim standartlarının tətbiqi və psixoloji hazırlığın gücləndirilməsi kimi istiqamətlərdə dəyişikliklərin zəruriliyi vurğulanır.</jats:p>