Deprecated: Function curl_close() is deprecated since 8.5, as it has no effect since PHP 8.0 in /home/u483256323/domains/poorvam.com/public_html/subdomains/pore/includes/api.php on line 184
Abstract
<jats:p>Həndbol dəyişkən hərəkət tempi ilə ən möhtəşəm və həyəcanverici komanda idman növlərindən biridir. Müasir idman elminin əsas istiqamətlərindən biri idmançıların funksional vəziyyətinin obyektiv qiymətləndirilməsi və yorğunluq səviyyəsinin erkən mərhələdə müəyyən edilməsidir. Xüsusilə həndbol kimi yüksək intensivlik tələb edən komanda idman növlərində yorğunluğun düzgün idarə olunması performansın qorunması və zədələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Həndbolçularda yorğunluq səviyyəsinin qiymətləndirilməsi həm fiziki, həm də psixoloji amilləri əhatə edən kompleks, çoxmərhələli bir prosesdir. Yüksək intensivlikli interval xarakteri daşıyan həndbol idmanında yorğunluğun erkən aşkarlanması zədələrin qarşısını almaq və performansı yüksək saxlamaq üçün vacibdir. Yüksək ixtisaslı həndbolçuların funksional hazırlıq səviyyəsinin qiymətləndirilməsində geniş istifadə olunan BİP (Beep) test nəticələrinə əsaslanaraq yorğunluq səviyyəsinin müəyyən edilməsi üçün alqoritmik yanaşma təqdim olunur. Yüksək ixtisaslı həndbolçuların məşq və oyun fəaliyyəti zamanı dözümlülük və bərpa qabiliyyətinin ölçülməsi, zədələrin qarşısının alınması üçün kritik əhəmiyyət kəsb edir. BİP-test (Multistage Fitness Test) idmançının maksimal oksigen istehlakını (VO_2max) və aerob dözümlülüyünü müəyyən etməklə yanaşı, həm də yorğunluq dinamikasını izləmək üçün effektiv metoddur. Bu tədqiqat işi yüksək ixtisaslı həndbolçuların fiziki iş qabiliyyətinin və dözümlülük səviyyəsinin müəyyən edilməsində geniş istifadə olunan BİP-test (Multistage Fitness Test) göstəriciləri əsasında yorğunluq dərəcəsinin qiymətləndirilməsi metodikasını əhatə edir. Həndbol oyununun dinamik xüsusiyyətləri - qısa müddətli maksimal intensiv hərəkətlərin bərpa intervalları ilə növbələşməsi - idmançının aerob və anaerob imkanlarının düzgün analizini tələb edir.</jats:p>