Deprecated: Function curl_close() is deprecated since 8.5, as it has no effect since PHP 8.0 in /home/u483256323/domains/poorvam.com/public_html/subdomains/pore/includes/api.php on line 184
Abstract
<jats:p>Məqalədə 9–11 yaşlı qızların voleybol texnikasının öyrənilməsində oyun metodunun tətbiqinin pedaqoji və metodik xüsusiyyətləri araşdırılmışdır. Uşaq yaş dövrünün psixofizioloji və motor xüsusiyyətləri nəzərə alınaraq, oyun metodunun texniki bacarıqların formalaşdırılmasında effektiv vasitə olduğu əsaslandırılmışdır. Tədqiqat zamanı voleybolun əsas texniki elementlərinin (topun qəbulu, ötürülməsi və ilkin servis bacarıqları) oyun tapşırıqları və mini-oyunlar vasitəsilə mənimsənilmə səviyyəsi təhlil edilmişdir. Araşdırmada pedaqoji müşahidə, test üsulu, eksperimental metod və statistik təhlildən istifadə olunmuşdur. Nəticələr göstərmişdir ki, oyun metodunun tətbiqi uşaqlarda məşq prosesinə marağın artmasına, texniki hərəkətlərin daha asan və davamlı şəkildə mənimsənilməsinə, həmçinin texniki səhvlərin azalmasına müsbət təsir göstərir. Eyni zamanda, oyun metodu psixoloji rahatlığın təmin olunmasına və motivasiyanın yüksəlməsinə şərait yaradır. Məqalənin nəticələri uşaq voleybolunda texniki hazırlığın təşkili zamanı oyun metodundan məqsədyönlü istifadə edilməsinin vacibliyini göstərir və məşqçilər üçün praktik tövsiyələr təqdim edir.</jats:p>