Abstract
<jats:p>Voleybol qisa və cəld hərəkətlərlə xarakterzə olunan idman növüdür.Təkrarlanan tullanma və cəld hərəkətlər bu idman növündə açıq baldır oynağında zədələnmə riskini artırır. Aşıq baldır oynağı zədələri xüsusən də bu oynaqdakı bağların dartılması ən çox rast gəlinən problemdir. Zədələrin rastgəlmə riskini azaltmaq , zədələnmədən sonrakı bərpa dövründə və yenidən zədələnmənin qarşısını almaq məqsədi ilə idmançılar bu vasitədən geniş istifadə edirlər. Zədələnmə riskinin azaldəlmasə məqsədi ilə bu vasitənin istifadəsi voleybolda məcburi deyil . Lakin bəzi hallarda idmançılar uzun müddət aşıq baldır korsetindən istifadə edirlər . Sadalanan təsirlərinə baxmayaraq bu tip vasitələr idmançıların tullanma hündürlüyünə və performansına təsir edə bilər. Apardığımız təcrübə əsnasında korsetdə və korsetsiz tullanma nəticəsinin müqaisəsi zamanı müəyyən etdik ki,açıq baldır oynağı korsetinin istifadəsi zamanı tullanma hündürlüyü azalır,tullanmaya sərf olunan vaxt artır .</jats:p>